Saxada 52 dərəcə şaxta qeydə alınıb
Region
- 11 dekabr, 2020
- 06:17
Dekabrın 11-də Rusiyanın Saxa Respublikasının (Yakutiya) Verxoyan və Oymyakon rayonlarında 52 və 51 dərəcə şaxta qeydə alınıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə respublikanın Hirdometeoroloji və ətraf mühitin monitorinqi idarəsi məlumat yayıb.
Bildirilib ki, dekabrın 11-də Yakutiyanın 20 məntəqəsində 45 dərəcə şaxta olub. Respublikanın bir çox rayon və şəhərlərində 1-5-ci siniflərin şagirdlərinə tətil verilib.
Verxoyan və Oymyakon Yerin şimal yarım kürəsinin ən soyuq məntəqəsi sayılır. Bir müddət əvvəl orada 67 dərəcə şaxta qeydə alınıb.
Qeyd edək ki, Saxa Respublikası ərazisinə görə Rusiyanın ən böyük subyektidir. Onun ərazisi 3 083 523 kv.km, əhalisi isə 971 996 nəfərdir.
Son xəbərlər
17:39
Antuan Semenyo İngiltərə Premyer Liqasında fevralın ən yaxşı futbolçusu seçilib
Futbol17:30
Foto
İrandan Azərbaycana daha 39 Hindistan vətəndaşı təxliyə edilib - YENİLƏNİB-3
Daxili siyasət17:30
Foto
Sahib Ələkbərov Xankəndidə vətəndaşları qəbul edib
İqtisadiyyat17:26
Qvardiola Premyer Liqada ən çox ayın baş məşqçisi seçilən üçüncü mütəxəssis olub
Futbol17:25
Britaniya və Fransa səfirləri Bryanska endirilən zərbələrə görə Rusiya XİN-ə çağırılıb
Digər ölkələr17:25
Foto
ÜST rəhbəri Bakıdakı Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasındakı işləri yüksək qiymətləndirib
Sağlamlıq17:23
Pit Heqset: ABŞ İrandakı məktəbə endirilən zərbə ilə bağlı araşdırmaya başlayıb
Digər ölkələr17:19
Azərbaycanda ilk dəfə işə başlayanlar üçün sağlamlıq arayışının rüsumsuz verilməsi təklif edilir
Sağlamlıq17:17
Foto