Rusiyada yük qatarının 40-a yaxın vaqonu relsdən çıxıb

Region
  • 05 yanvar, 2026
  • 13:47
Rusiyada yük qatarının 40-a yaxın vaqonu relsdən çıxıb

Rusiyanın Amur vilayətində Zabaykalye dəmir yolunun Gonja-Gudaçi yolunda yük qatarının 35 vaqonu relsdən çıxıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiyanın FHN-nin baş idarəsi məlumat verib.

"Yanvarın 5-də Maqadaçinski bələdiyyə dairəsində Zabaykalye dəmir yolunun Gonja-Gudaçi yolunda yük qatarının 35 vaqonu relsdən çıxıb. Dəmir yolu infrastrukturuna ziyan dəyib. Ekologiyaya təhlükə yaranmayıb", - məlumatda bildirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti