Dimitri Medvedevin yeni vəzifəyə təyin ediləcəyi gözlənilir

Region
  • 15 yanvar, 2020
  • 13:58
Dimitri Medvedevin yeni vəzifəyə təyin ediləcəyi gözlənilir

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini təsis etmək niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu vəzifəyə keçmiş hökumət başçısı Dimitri Medvedev nəzərdə tutulur.

Qeyd edək ki, bundan əvvəl Rusiya hökuməti istefa verib.