Rusiyada təyyarə qəzası baş verib, ölən var

Region
  • 27 may, 2018
  • 00:49
Rusiyada təyyarə qəzası baş verib, ölən var

Bakı. 27 may. REPORT.AZ/ Rusiyada yüngül mühərrikli "Bekas" təyyarəsi qəzaya uğrayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Ryazan vilayətində, Uxolovsk rayonunda qeydə alınıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 20:40-da qeydə alınıb. Qəza zamanı təyyarənin pilotu həlak olub.

Hadisə yerinə operativ istintaq qrupu cəlb edilib. Qəzanın səbəbi və başvermə şəraiti araşdırılır.