Rusiyada ali məktəblər açılır
Region
- 29 yanvar, 2021
- 08:00
Fevralın 8-dən başlayaraq Rusiyada universitetlərdə əyani təhsil bərpa olunacaq.
“Report” xəbər verir ki, ölkənin elm və ali təhsil naziri Valeri Falkov bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, ali məktəblərə epidemioloji durumun ağırlaşacağı təqdirdə yenidən məhdudlaşdırıcı tədbirlər görməyə hazır olmaq tapşırılıb.
Qeyd edək ki, bundan öncə paytaxt Moskvadakı bir neçə universitet fevralın 8-dən etibarən əyani təhsilə qayıtmağa hazır olduqlarını açıqlamışdı. Moskva Dövlət Universiteti, Bauman adına Moskva Dövlət Texniki Universiteti və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu bununla bağlı qərar qəbul edib. Eyni zamanda Ali İqtisadiyyat Məktəbi martın 29-dan başlayaraq hibrid formatda onlayın dərslərə qayıdılacağını elan etmişdi.
Son xəbərlər
09:52
Ötən il Azərbaycanda təxminən 814 mindən çox 15 yaş və yuxarı şəxs həddən artıq piylənmədən əziyyət çəkib
Sağlamlıq09:52
Türkiyənin Gömrük Mühafizə Xidməti 65 milyon dollarlıq narkotik maddə müsadirə edib
Region09:31
Avropa Liqası: Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Rumıniya ilə qarşılaşacaq
Komanda09:29
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
Elm və təhsil09:26
Azərbaycan XİN Filippini Müstəqillik Günü münasibətilə təbrik edib
Xarici siyasət09:25
Azərbaycan nefti cüzi bahalaşıb
Energetika09:16
Azərbaycan XİN Rusiyanı təbrik edib
Xarici siyasət09:15
Azərbaycan səfiri etimadnaməsinin surətini Perunun XİN rəsmisinə təqdim edib
Xarici siyasət09:14