Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb - Yenilənib
- 15 noyabr, 2025
- 00:07
Rusiyanın Perm diyarında sərnişin mikroavtobusu ilə yük avtomobilinin toqquşması nəticəsində ölənlərin sayı artıb.
"Report"un məlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə mətbuat xidməti məlumat yayıb.
"Hadisə nəticəsində biri 17 yaşlı qız olmaqla 7 nəfər həlak olub, daha 12 şəxs yaralanıb", - idarədən bildirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Rusiyanın Perm diyarında marşrut üzrə hərəkət edən avtobus yük maşını ilə toqquşub.
"Report"un məlumatına görə, bu barədə TASS-a bölgədəki təcili yardım xidmətləri məlumat verib.
Agentliyin mənbəyi bildirib ki, R-243 Kostroma-Şarya-Kirov-Perm yolunun 55-ci kilometrliyində yük maşını sərnişin mikroavtobusu toqquşub. Qəzada altı nəfər ölüb, 15 nəfər yaralanıb.
Regional İstintaq Komitəsinin mətbuat xidməti ölənlər arasında yetkinlik yaşına çatmayan uşağın da olduğunu bildirib.
İlkin məlumata görə, qəzaya avtobusun qarşı zolağa çıxması səbəb olub.