Baş nazir: Ermənistan Rusiya taxılından imtina etmək niyyətində deyil - YENİLƏNİB
- 12 noyabr, 2025
- 12:51
Ermənistan Rusiya taxılından imtina etmək niyyətində deyil.
"Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bunu ölkənin Baş naziri Nikol Paşinyan bildirib.
Ermənistan siyasi səbəblərdən Moskvadan "uzaqlaşmaq" və taxılın bir hissəsini Ukraynadan almaq istəyir.
"Report"un verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (XKX) mətbuat bürosu məlumat yayıb.
"Ermənistan uzun illər Rusiyadan taxıl alıb. İndi ermənilər, necə deyərlər, siyasi mülahizələrdən irəli gələrək "Moskvadan uzaqlaşmaq" və lazm olan taxılın bir hissəsini Ukraynadan almaq istəyirlər", - məlumatda deyilir.
Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, Rusiya buğdasının yükləndiyi 132 vaqon 2026-cı il yanvarın sonunadək Azərbaycan və Gürcüstan vasitəsilə dəmir yolu marşrutu ilə Ermənistana çatdırılacaq.