Rusiya ABŞ ilə 25 il əvvəl imzaladığı sazişi ləğv edib

Region
  • 22 oktyabr, 2025
  • 12:44
Rusiya ABŞ ilə 25 il əvvəl imzaladığı sazişi ləğv edib

Rusiya Federasiya Şurasının plenar iclasında ABŞ ilə müdafiə məqsədləri üçün artıq istifadə olunmayan silah plutoniumunun utilizasiyası haqqında hökumətlərarası saziş ləğv edilib.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri bildirib.

Saziş 2000-ci ildə imzalanıb və 2011-ci ildə ratifikasiya edilib. O, tərəflərdən hər birinin hərbi proqramlar üçün gərəksiz elan edilmiş 34 ton silah plutoniumunun utilizasiyasını nəzərdə tutur.

Sazişlə yanaşı, bütün əlaqəli protokollar da ləğv edilir. Söhbət maliyyələşdirmə və zərərə görə mülki məsuliyyət məsələlərini tənzimləyən və digər sənədlərdən gedir.

Son xəbərlər

Bütün Xəbər Lenti