İran prezidenti: “ABŞ rəsmiləri danışıqlar üçün ismarıc göndərib”
- 04 dekabr, 2019
- 08:10
“ABŞ rəsmiləri danışıqlar üçün bizə ismarıc göndəriblər”.
“Report” “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bildlrib.
“ABŞ rəsmiləri sanksiyalarla öz aləmlərində bizi diz çökdürməyə çalışırdı”, - deyə İran prezidenti vurğulayıb. Onun sözlərinə görə, ABŞ və bir çox ölkələr İranın bu sanksiyalar nəticəsində təslim olacağını düşünürmüş, ancaq bu baş verməyib.
“ABŞ-ın məsul şəxsləri müzakirə üçün ismarıc göndərdikləri halda ictimaiyyət qarşısında başqa cür danışırlar. Bunu müzakirələrlə bağlı danışıqların aparılmasında vasitəçilik edən avropalılar da bilir”, -deyə H.Ruhani qeyd edib.
Xatırladaq ki, bu günlərdə İsrailin baş naziri Binyamin Netanyahu Avropa İttifaqının İrana qarşı sanksiya tətbiq etməməkdə qınayıb.