Qırğızıstanın keçmiş baş naziri korrupsiyada şübhəli bilinərək tutulub
Region
- 31 may, 2021
- 11:50

Qırğız Respublikasının keçmiş baş naziri Omurbek Babanov korrupsiyada şübhəli bilinərək tutulub.
“Report” “Khabar” agentliyinə istinadən xəbər verir ki, məlumatı Respublikanın Dövlət Təhlükəsizlik Komitəsinin Mətbuat xidməti yayıb.
Bildirilib ki, keçmiş baş nazir Kumtor qızıl mədəni layihəsinin reallaşmasında müxtəlif mərhələlərdə korrupsiyada iştirak etməkdə şübhəli bilinir. Mayın 17-də komitə “Kumtor gold company”ya qarşı 4 cinayət işi açıb. Kumtor qızıl yatağı 1978-ci ildə kəşf edilib.
Qeyd edək ki, Qırğız Respublikasının 17-ci baş naziri Omurbek Babanov 1970-ci il mayın 20-də anadan olub. 2010-cu il dekabrın 17-dən 2011-ci il dekabrın 23-dək baş nazirin müavini, 2011-ci il dekabrın 23-dən 2012-ci il sentyabrın 1-dək baş nazir işləyib.
Son xəbərlər
12:40
Professor: "Türkiyə su resurslarının qorunmasında problemlərlə üzləşir"
İnfrastruktur12:36
Azərbaycanda ilk dəfə milli elektron su atlasının hazırlanmasına başlanılıb
İKT12:35
Kobaxidze ABŞ Konqresində gündəmə gətirilən "Dostluq aktı"nı sərt tənqid edib
Region12:34
Balidə təbii fəlakətlər nəticəsində 14 nəfər ölüb
Digər ölkələr12:30
ATƏT PA Prezidenti: Vaşinqton görüşünün yaratdığı fürsəti əldən verməyəcəyik - MÜSAHİBƏ
Xarici siyasət12:29
Bakı İqlim Fəaliyyəti Həftəsi üçün qeydiyyat prosesi başlayıb
COP2912:29
Kanadanın Baş naziri: Çarli Kirkin qətli demokratiya üçün təhdiddir
Digər ölkələr12:28
"Arsenal" iki futbolçusu ilə müqavilənin müddətini uzatmaq istəyir
Futbol12:27