Qazaxıstan TRACECA çərçivəsində vahid tranzit icazəsinə dair saziş imzalamağa hazırlaşır

Region
  • 23 dekabr, 2025
  • 10:05
Qazaxıstan TRACECA çərçivəsində vahid tranzit icazəsinə dair saziş imzalamağa hazırlaşır

Qazaxıstan hökuməti TRACECA beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində vahid tranzit icazəsinə dair sazişin imzalanması haqqında qərar layihəsi hazırlayıb.

"Report" xəbər verir ki, sənəd yanvarın 1-nə qədər ictimai müzakirə üçün "Açıq normativ hüquqi aktlar" portalında yerləşdirilib.

"Bu sazişin müddəaları vahid tranzit icazəsi tətbiq edilməklə avtomobil nəqliyyatı ilə tərəflərin dövlətlərinin ərazilərindən həyata keçirilən beynəlxalq yük daşımalarını tənzimləyir, icazənin verilməsi, tətbiqi şərtləri və qaydalarını, eləcə də digər müddəaları müəyyən edir", - sənəddə deyilir.

Sənədin məqsədi avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların sadələşdirilməsi və sürətləndirilməsi, prosedurların şəffaflığının artırılması və rəqəmsallaşdırılması, həmçinin TRACECA marşrutları üzrə tranzit axınının artırılması məqsədilə tranzit icazələri üçün vahid mexanizmin yaradılmasıdır.

İlk nəticələrin sazişin qüvvəyə minməsindən - tərəflərdən dördüncü bildirişin daxil olmasından 30 gün sonra əldə ediləcəyi gözlənilir. Vahid tranzit icazəsinin illik istifadə müddəti gələn ilin yanvarın 1-dən 31-nə qədər olan dövrü əhatə edir və bu, daşımaların daha sabit şəkildə planlaşdırılmasını və proqnozlaşdırılmasını təmin edəcək.

İzahedici materiallarda qeyd olunur ki, sazişin həyata keçirilməsi səlahiyyətli orqanlar arasında koordinasiyanı yaxşılaşdırmağa, sərhədkeçmə müddətini azaltmağa və tranzit daşımalarına nəzarətin səmərəliliyini artırmağa imkan verəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti