Putinlə Ərdoğan arasında telefon danışığı olub
Region
- 29 iyun, 2016
- 09:49
Bakı. 29 iyun. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, telefon danışığı təxminən 40 dəqiqəyə yaxın davam edib.
Rusiya lideri İstanbulun Atatürk Hava Limanında törədilən terror aktları nəticəsində ölənlərlə bağlı Türkiyə prezidentinə başsağlığı verib, yaralılara şəfa diləyib.
V.Putin Rusiya ilə Türkiyə arasında əlaqələrin bərpasında maraqlı olduğunu vurğulayıb.
Türkiyə Prezident Administrasiyası dövlət başçıları arasında müzakirələrin məhsuldar keçdiyini açıqlayıb.
Danışıq barədə Türkiyə və Rusiya prezidentlərinin mətbuat xidmətləri geniş məlumat yayacaq.
Son xəbərlər
10:40
Amin Əlsaadi: "Halal sənaye qida və maliyyə sektorundan kənara çıxır"
Biznes10:40
Roma Papası XIV Leo Azərbaycana səfərə dəvət olunub
Xarici siyasət10:40
Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
Hadisə10:38
Fərhad Hacıyev: "Gənclərin inkişafı dövlətin əsas prioritetlərindən biridir"
Maliyyə10:36
Foto
İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib
Xarici siyasət10:26
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü Türkiyənin "Vanspor" klubuna keçib
Futbol10:25
Ədalət Muradov: "UNEC 30 ölkədən 128 universitetlə tərəfdaşdır"
Maliyyə10:17
Mayda 888 mindən çox adam sosial müavinət və təqaüd alıb
Sosial müdafiə10:15