Putinin reytinqi qalxıb

Region
  • 26 fevral, 2015
  • 09:19
Putinin reytinqi qalxıb

Bakı. 26 fevral. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinin reytinqi 86%-ə qalxıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda Rusiyanın "Levada-Tsentr" sosial-araşdırma mərkəzinin fevralda keçirdiyi rəy sorğusunun nəticələrində bildirilib.

Xəbərə görə, bu ilin yanvarında keçirilən sorğunun nəticəsinə əsasən, Putinin göstəricisi 85% olub.

Rəy sorğusunda Rusiya prezidentindən sonra ikinci yerdə müdafiə naziri Sergey Şoyqu, üçüncü yerdə isə xarici işlər naziri Sergey Lavrov gəlir.

Sorğu Rusiyanın 46 bölgəsində 1 600 nəfər arasında keçirilib.