Putin Moskvanı Rusiya-Ukrayna sammiti üçün ən yaxşı yer hesab edir

Region
  • 05 sentyabr, 2025
  • 10:21
Putin Moskvanı Rusiya-Ukrayna sammiti üçün ən yaxşı yer hesab edir

Rusiya Prezidenti Vladimir Putin Moskvanı Rusiya-Ukrayna sammitinin keçirilməsi üçün ən yaxşı yer hesab edir.

"Report"un məlumatına görə, bu barədə V.Putin Şərq İqtisadi Forumunda bildirib.

Rusiya Prezidenti, həmçinin Moskvada ukraynalı həmkarı Volodimir Zelenskinin təhlükəsizliyini təmin edəcəyinə söz verib.

"Biz ali səviyyəli görüşə hazırıq. Ukrayna tərəfi bu görüşü istəyir və təklif edir. Mən dedim: hazıram, buyurun, gəlin, biz mütləq iş şəraiti və təhlükəsizlik təmin edəcəyik", - V.Putin bildirib.

O qeyd edib ki, digər ölkələrdə ali səviyyəli görüş nəzərdən keçirilmir.