Putin: "MDB+" formatı digər ölkələri və beynəlxalq strukturları əməkdaşlığa cəlb etməyə imkan verəcək

Region
  • 10 oktyabr, 2025
  • 13:30
Putin: MDB+ formatı digər ölkələri və beynəlxalq strukturları əməkdaşlığa cəlb etməyə imkan verəcək

Rusiya yeni "MDB+" formatının yaradılmasını dəstəkləyir.

"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yeni format digər dövlətləri və beynəlxalq strukturları MDB ilə əməkdaşlığa daha fəal şəkildə cəlb etməyə imkan verəcək.

MDB ölkələri ilə Rusiyanın iqtisadi sahədə əməkdaşlığından danışan Rusiya Prezidenti ticarət dövriyyəsinin müsbət dinamikasını vurğulayıb.

"Rusiyanın MDB ölkələri ilə ticarət dövriyyəsi təkcə 2024-cü ildə 7 % artaraq 112 milyard dollara çatıb. Onun strukturu ardıcıl surətdə təkmilləşir ki, bu da fikrimcə, son dərəcə vacibdir. Ölkələrimiz kənar təsirdən asılı olmayan sabit maliyyə infrastrukturu qurur. Praktiki olaraq bütün qarşılıqlı hesablaşmalar milli valyutalarda aparılır. 2025-ci ilin birinci yarısında MDB iştirakçıları arasında kommersiya əməliyyatlarında onların payı 96 % təşkil edib. Bu o demək deyil ki, biz digər ödəniş alətlərindən və valyutalardan istifadədən imtina edirik. Sadəcə bu, bizim müstəqilliyimizi və suverenliyimizi artırır", - V.Putin əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti