Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
Region
- 31 iyul, 2021
- 09:51
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
“Report” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Prezidentlər Türkiyədə baş verən meşə yanğınları barədə vəziyyəti müzakirə ediblər.
“Telefon danışığı zamanı bu təbii fəlakətlə mübarizədə iki ölkə arasında əməkdaşlığın vacibliyi vurğulanıb. Vladimir Putin yanğınların söndürülməsi üçün Türkiyəyə hərtərəfli yardım göstərməkdə davam edəcəyini bildirib”, - mətbuat xidmətinin məlumatında deyilir.
Türkiyə Prezidenti göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Son xəbərlər
12:17
Azərbaycanda 5 ayda 4 min tondan çox çay istehsal edilib
Sənaye12:16
Tokio və Vaşinqton Yaponiya adalarının müdafiəsi üzrə birgə təlimlərə başlayıb
Digər ölkələr12:04
"Bizim Maqsud müəllim" tamaşası nümayiş etdirilib
Mədəniyyət siyasəti11:57
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək
Biznes11:53
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Sosial müdafiə11:49
Masazırda 4 yaşlı uşağı motosiklet vuraraq öldürüb
Hadisə11:39
Yevgeni Kukseviç: "Dünya çempionatının oyunları üçün düzgün hazırlıq keçməliyik"
Futbol11:30
Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq müzakirə olunub
Xarici siyasət11:30