PKK-ya bağlı olan terror təşkilatı: “Türkiyədə yanğınları biz törətmişik”
Region
- 01 avqust, 2021
- 17:49

“Alov uşaqları” terror təşkilatı Türkiyədə bir neçə gündür davam edən meşə yanğınlarına görə məsuliyyəti üzərinə götürüb.
“Report” xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
Terror təşkilatının üzvləri bildiriblər ki, meşə yanğınlarını onların tərəfdarları törədiblər.
Türkiyə rəsmiləri hələlik təşkilatın açıqlamasını şərh etməyiblər.
Qeyd edək ki, “Alov uşaqları” terror təşkilatı PKK terror təşkilatına bağlıdır. Daha əvvəl Türkiyənin ayrı-ayrı mətbu orqanları meşə yanğınlarında PKK terror təşkilatı üzvlərinin əli olması barədə məlumat yayıb. Qeyd edilib ki, Türkiyənin Manisa əyalətinin Turgutlu rayonunda PKK terror təşkilatının meşə yanğınları törətməkdə şübhəli bilinən üzvləri yaxalanıb.
Son xəbərlər
09:58
Göygöldə ər və həyat yoldaşını avtomobil vurub
Hadisə09:51
Premyer Liqa: VIII tura bu gün keçiriləcək iki görüşlə yekun vurulacaq
Futbol09:48
Pakistan kosmosa ilk hiperspektral peykini buraxıb
Digər ölkələr09:20
Azərbaycan cüdoçuları Qran-pridə 2 qızıl, 1 bürünc medal qazanıblar
Fərdi09:14
FT: Fransızlar siyasi böhran fonunda kütləvi şəkildə xaricə pul köçürürlər
Digər ölkələr08:56
Nigeriya hakimiyyəti çevriliş planı barədə xəbərləri təkzib edib
Digər ölkələr08:49
ABŞ-də "Boeing 737" təyyarəsi ön şüşəsi çatladığından məcburi eniş edib
Digər ölkələr08:27
Kolumbiya Prezidenti: ABŞ suverenliyimizi pozub
Digər ölkələr07:44