Paşinyanın əleyhdarları Yerevanın mərkəzi rayonunun hökumət binasına soxulublar
Region
- 01 mart, 2021
- 11:12

Ermənistanda baş nazirin əleyhdarları Yerevanın Kentron Rayon İcra Hakimiyyətinin binasına soxulublar.
“Report” xəbər verir ki, məlumatı “Sputnik Armenia” yayıb.
Bildirilib ki, keçmiş hakim Respublikaçılar Partiyasının gənclər qolunun sədri Hayk Mamicanyan başda olmaqla təşkilatın onlarla üzvü binaya soxulub.
Onlar yerli hakimiyyətdən əməkdaşlarını Ermənistanın baş naziri Nikol Paşinyanın mitinqinə getməyə məcbur etməməyi istəyiblər.
Qeyd edək ki, martın 1-də Yerevanda iki mitinq keçiriləcək. Baş nazir Nikol Paşinyan tərəfdarlarını yerli vaxtla saat 18:30-da "Respublika" meydanına çağırıb. “Vətəni xilas hərəkatı” isə saat 18:00-da mitinq keçirməyi planlaşdırıb.
Son xəbərlər
09:17
Masallıda 17 yaşlı oğlan su hövzəsində boğularaq ölüb
Hadisə09:12
Gənclər və İdman Nazirliyi "Səhər idmanı" layihəsinə start verib
Fərdi09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.09.2025)
Maliyyə09:05
Biləsuvarda yeniyetmə su kanalında boğulub
Hadisə09:03
Messi argentinalı futbolçunu yığmaya çağırılmamaqla hədələyib
Futbol08:58
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (04.09.2025)
Maliyyə08:53
Füzulinin Alxanlı kəndində taxıl sahəsi yanıb
Hadisə08:49
Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
Hadisə08:39