Paşinyan: Parlament seçkiləri ölkənin gələcək inkişafını müəyyən edəcək

Region
  • 27 oktyabr, 2025
  • 11:42
Paşinyan: Parlament seçkiləri ölkənin gələcək inkişafını müəyyən edəcək

Ermənistanda 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri ölkənin gələcək inkişafını müəyyən edəcək.

"Report"un məlumatına görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

"İyunda parlament seçkiləri bir əsas suala cavab verəcək - Ermənistan xalqı sülhə bağlılığını təsdiqləyəcəkmi? Əks halda, ölkə münaqişəyə və forpost məntiqi ilə düşünməyə sürüklənmək riskini daşıyır", - o qeyd edib.

Ermənistanda parlament seçkiləri 7 iyun 2026-cı il tarixinə təyin edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti