Mqer Qriqoryan MDB Hökumət Başçıları Şurasının iclasında qiyabi iştirak edəcək - YENİLƏNİB
- 25 sentyabr, 2025
- 14:59

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında qiyabi şəkildə iştirak edəcək.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavininin mətbuat xidməti məlumat yayıb.
MDB Hökumət Başçıları Şurasının iclası sentyabrın 29-da, Avrasiya Hökumətlərarası Şurasının iclası isə sentyabrın 30-da keçiriləcək.
Ermənistan Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında baş nazirin müavini səviyyəsində iştirak edəcək.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Belarus XİN başçısının müavini Pavel Utyupin bildirib.
Onun sözlərinə görə, iclas sentyabrın 29-30-da keçiriləcək. MDB ölkələrinin hökumət başçılarının demək olar ki, hamısı iclasda iştirak edəcək. Ermənistan və Türkmənistan isə baş nazirlərin müavinləri səviyyəsində təmsil olunacaq.