Paşinyan II Qareginin yerinə namizəd tapıb

Region
  • 17 sentyabr, 2025
  • 10:51
Paşinyan II Qareginin yerinə namizəd tapıb

Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu seçkilərində Ovannavank monastırının keşişi Aram Asatryanın namizədliyini dəstəkləməyə qərar verib.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, o, bu məsələdə hakimiyyəti dəstəkləyən və II Qaregini tənqid edən yeganə din xadimidir.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl N.Paşinyan bir daha bəyan edib ki, II Qareginin istefası məsələsində güzəşt olmayacaq.

Ermənistan hakimiyyəti ilə erməni apostol kilsəsi arasında qarşıdurma baş nazirin sosial şəbəkələrdə ali ruhaniləri tənqid edən sərt bəyanatlarından sonra kəskinləşib. Daha sonra hökumət başçısı bütün ermənilərin katolikosunun seçilməsi qaydasını dəyişdirməyi və bu prosesdə dövlətin əsas rol oynamasını təklif edib.

Son xəbərlər

Bütün Xəbər Lenti