Paşinyan Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin ofisinə yeni rəhbər təyin edib
Region
- 09 sentyabr, 2025
- 14:28

Ermənistanın Baş naziri Nikol Paşinyan Artyom Sucyanı ölkənin beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin ofisinin rəhbəri təyin edib.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
O, vəzifəsinin icrasına sentyabrın 10-da başlayacaq.
Ofisin əvvəlki rəhbəri Liparit Drmeyan avqustun 29-da vəzifəsindən azad edilib. Növbəti gün məlum olub ki, Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə yeni nümayəndəsi Ali Məhkəmə Şurasının keçmiş sədri Karen Andreasyan təyin edilib.
A.Sucyan əvvəllər ədliyyə nazirinin müşaviri vəzifəsində çalışıb, həmçinin Baş nazirin müavini Mher Qriqoryanın köməkçisi işləyib.
Son xəbərlər
17:59
Avropa Parlamentində yenidən Ursula fon der Lyayenin istefası tələb ediləcək
Digər ölkələr17:57
Aviasiyada rəqəmsal transformasiya və təhlükəsizlik - Azərbaycanın dünyaya mesajı
İnfrastruktur17:55
Foto
Bakı Dəniz Limanı Almaniya şirkətləri ilə əməkdaşlıq imkanlarını müəyyənləşdirir
İnfrastruktur17:54
Foto
Azərbaycan millisinin baş məşqçisi: "Ölkəmizi III MDB Oyunlarında layiqincə təmsil edəcəyik"
Fərdi17:51
Ermənistanın Baş naziri: Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var
Region17:44
Bakıda 10 nəfərin öldüyü partlayışla bağlı məhkəmədə bəzi zərərçəkənlərlə barışıq əldə olunub
Hadisə17:43
"Qəbələ" yetirməsini icarəyə götürüb
Futbol17:42
Azərbaycan və ABŞ enerji sahəsində sərmayələri genişləndirir
Energetika17:38