Paşinyan: Cənubi Qafqaz ölkələri ortaq strateji maraqlara malik ola bilər

Region
  • 22 oktyabr, 2025
  • 12:16
Paşinyan: Cənubi Qafqaz ölkələri ortaq strateji maraqlara malik ola bilər

Cənubi Qafqaz ölkələri ümumi strateji maraqlara malik ola bilər.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı bildirib.

"Münaqişə, düşmənçilik çox vaxt bizə ortaq maraqlar bazasını görməyə imkan vermir. Bugünkü müsbət atmosfer o demək deyil ki, münaqişə bir gündə yox olub. Bu başqa məna daşıyır - biz Cənubi Qafqaz ölkələrinin - Gürcüstan, Azərbaycan və Ermənistanın ortaq maraqlarının olduğunu bir qədər daha çox görməyə başlamışıq. Bu ortaq maraqlar strateji əhəmiyyət daşıya bilər", - o qeyd edib.

N.Paşinyan deyib ki, ölkələr bir-biri ilə rəqabət apara bilər və bu normaldır. Lakin Cənubi Qafqazdan keçəcək yük və boru kəmərlərinin hər üç ölkəyə fayda gətirəcəyi anlayışına əsaslanaraq bu enerjidən əməkdaşlıq mühitinin yaradılması üçün istifadə etmək olar.

Son xəbərlər

Bütün Xəbər Lenti