Partiya sədri: Türkiyənin Ermənistanla münasibətində "qırmızı xətti" Azərbaycandır
Region
- 03 noyabr, 2025
- 11:09
Türkiyənin Ermənistanla münasibətində "qırmızı xətti" Azərbaycandır.
"Report" xəbər verir ki, bunu Türkiyənin Böyük Birlik Partiyasının sədri Mustafa Destici Azərbaycana səfəri çərçivəsində keçirdiyi mətbuat brifinqində deyib.
"Ermənistan Azərbaycanla olan şərtlərini tamamilə yerinə yetirdikdən sonra Türkiyə-Ermənistan münasibətlərindən danışmaq olar",- o bildirib.
Partiya sədri Zəngəzur dəhlizinin vacibliyinə də diqqət çəkib: "Naxçıvanla Azərbaycanın əsas hissəsinin quru əlaqəsinin olmaması Türk dünyasında bir bağ qopması deməkdir. Bu mənada, dəhliz son dərəcə vacibdir və Ermənistan üçün də yaxşı vədlər ehtiva edir".
O, Zəngəzur dəhlizinin ABŞ, Çin, İran kimi ölkələr üçün də əhəmiyyətli olduğunu qeyd edib.
Son xəbərlər
17:23
Paşinyan parlament seçkilərində iştirak üçün öz namizədliyini irəli sürüb
Region17:21
Azərbaycan şahmatçısı: "Özbəkistanla görüşlərdə şansları düzgün dəyərləndirmədik"
Fərdi17:10
Nazirlər Kabineti sahibkarlıq subyektləri barədə qərarında dəyişiklik edib
Biznes17:10
Foto
Video
"Birmarket" təkcə platforma ilə deyil, insanları ilə də ticarətçinin yanındadır
Biznes17:09
Azərbaycan Cüdo Federasiyası məşqçilərin iştirakı ilə ümumrespublika seminarı keçirib
Fərdi17:08
Əfqanıstanda baş verən zəlzələ nəticəsində 27 nəfər ölüb - YENİLƏNİB-5
Digər ölkələr17:05
Foto
Gəncədə keçirilən UEFA C kateqoriyalı məşqçi kursunun II mərhələsi başa çatıb
Futbol17:01
Foto
Ramin Məmmədov Ordubadda vətəndaşları qəbul edib
Daxili siyasət17:01