Papuaşvili: Gürcüstan Türkiyə ilə Ermənistan arasında normallaşma prosesini dəstəkləyir

Region
  • 29 oktyabr, 2025
  • 20:47
Papuaşvili: Gürcüstan Türkiyə ilə Ermənistan arasında normallaşma prosesini dəstəkləyir

Gürcüstan Türkiyə ilə Ermənistan arasında normallaşma prosesində atılan müsbət addımları dəstəkləyir, eləcə də regionda tranzit məhdudiyyətlərin aradan qaldırılmasını alqışlayır.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkə parlamentinin sədri Şalva Papuaşvili Tbilisidə Türkiyə Cümhuriyyətinin elan edilməsinin 102-ci ildönümü münasibətilə keçirilən rəsmi mərasimdə deyib.

Onun sözlərinə görə, Gürcüstan Cənubi Qafqazda sülh və əməkdaşlığı, Ermənistan və Azərbaycan arasında normallaşma prosesini qəti şəkildə dəstəkləyir.

Papuaşvili çıxışında Gürcüstan ilə Türkiyə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin önəmini vurğulayıb, ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsinin regional sabitlik və iqtisadi inkişaf baxımından əhəmiyyətli olduğunu bildirib.

"Gürcüstanın mövqeyinə görə, sabit və sülhsevər Cənubi Qafqaz yeni imkanlar açacaq – daha yaxşı əlaqələr, iqtisadi inkişaf, ticarət və insanlararası ünsiyyət üçün şərait yaradacaq", - o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti