Pakistan İrana hücumları pisləyib
- 28 fevral, 2026
- 20:29
İran xarici işlər naziri Abbas Əraqçi pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb.
"Report" xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı Əraqçi ABŞ və İsrailin ölkəsinə hücumunu müzakirə edib.
İranın XİN rəhbəri İslam Respublikasının regiondakı bütün ölkələrlə yaxşı qonşuluq və dostluq siyasətini davam etdirmək əzmini vurğulayaraq qeyd edib ki, ABŞ və İsrailin tətbiq etdiyi müharibə yalnız İran xalqına deyil, bütün regional və müsəlman ölkələrinə qarşı yönəlib.
Pakistan XİN rəhbəri İrana hücumları şiddətlə pisləyib və bütün təcavüz aktlarının dərhal dayandırılmasına çağırış edib.
Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. Donald Tramp iranlı hərbçilərə silahı yerə qoymağı və ya ölməyi təklif edib. İsrail və ABŞ tərəfinin səhər saatlarında endirdiyi zərbələr zamanı İranın Minab şəhərində bir məktəb hücuma məruz qalıb. Respublikanın Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində 85 nəfər həlak olub.
Daha əvvəl bildirilib ki, BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb. Görüşün Bakı vaxtı ilə saat 01:00-da başlanması gözlənilir.
#Iran FM Holds Phone Call with Pakistani counterpart
— Foreign Ministry, Islamic Republic of Iran (@IRIMFA_EN) February 28, 2026
As part of the Ministry of Foreign Affairs’ ongoing consultations with other countries following the military aggression by the United States and the Zionist regime against Iran, Seyed Abbas Araghchi held a telephone… pic.twitter.com/zWJXXlSPnh