Özgür Feyiz: Təyyarə qəzasına səbəblərdən biri də pərvanənin qopması ola bilər
- 12 noyabr, 2025
- 03:30
"Təyyarə qəzasına səbəblərdən biri də hava gəmisinin pərvanəsinin qopması ola bilər".
"Report" xəbər verir ki, bunu "Haber Global"ın efirində telekanalın xəbər direktoru Özgür Feyiz bəyan edib.
O, belə hadisələrin "C-130" təyyarələri üçün qeyri-adi olmadığını bildirib. Onun sözlərinə görə, bundan əvvəl təxminən 40-50 qəzada pərvanələrin qopması qeydə alınıb: "Bu təyyarələrin sayının çox olması müxtəlif qəzaların baş vermə ehtimalını artırır", - Feyiz qeyd edib.
"Haber Global" telekanalının xəbər direktoru əlavə edib ki, qəzanın baş verməsi ilə bağlı əsas 5 səbəb göstərilir: "Bunlardan biri də, hava gəmisinin daxilində təzyiq məsələsidir. Çünki təyyarənin göydə hissələrə ayrılması ifadə edilir. Bütün hallarda qara qutunun tapılması əsas səbəbi ortaya çıxaracaq".