Ötən il Gürcüstanda 152 kibercinayətkar həbs olunub
Region
- 05 mart, 2021
- 09:45
2020-ci ildə Gürcüstanda 152 kibercinayətkar saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri parlamentdə “nazir saatı” formatında çıxışı zamanı məlumat verib.
O, ölkədə kibercinayətkarlığa qarşı mübarizədə effektiv tədbirlərin həyata keçirildiyini bildirib.
Nazirin sözlərinə görə, tərəfdaşlar və əcnəbi həmkarların dəstəyi ilə heyətin təlimi və təcrübə mübadiləsi davam etdirilir.
V.Qomelauri qeyd edib ki, ötən il Tbilisidə Kibercinayətkarlıqla mübarizə bölməsi yaradılıb: “Bu cür bölmələr mərhələli şəkildə bütün iri şəhərlərdə təsis olunacaq”.
Son xəbərlər
15:11
Bakı və Aşqabad Xəzərdə əməkdaşlığı gücləndirmək niyyətindədirlər
Xarici siyasət15:09
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub
Ekologiya15:06
"Qarabağ" Bədavi Hüseynovla müqavilə müddətini uzadıb
Futbol15:00
"Sabah" basketbol klubu Andrey Voynaloviçlə yolları ayırıb
Komanda14:33
Pezeşkian: Qətərdə bloklanmış 6 milyard dollarımız geri qaytarılacaq
Region14:25
ABŞ-ın blokadanı ləğv etməsindən sonra ilk konteyner gəmisi İran limanına çatıb
Region14:16
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
Region14:02
Çimərliklərdə güclü külək olacaq
Ekologiya13:55