"NetBlocks": İranda internet fasiləsi bir neçə həftə davam edə bilər

Region
  • 11 yanvar, 2026
  • 11:42
NetBlocks: İranda internet fasiləsi bir neçə həftə davam edə bilər

İran rəqəmsal alətlərdən istifadə edərək öz əhalisinə qarşı müharibə aparır.

"Report" xəbər verir ki, bunu "NetBlocks"un baş direktoru Alp Toker "Fox News Digital"a müsahibəsində bildirib.

"Rejim törətdiyi cinayətləri gizlətməyə çalışacaq, buna görə də internet və rabitə problemləri bir neçə həftə davam edə bilər", - Toker əlavə edib.

O bildirib ki, hazırkı durum İran tarixində müşahidə olunan ən böyük fasilələrdən biridir: "Biz İranda tam internet kəsilməsi müşahidə edirik, bağlantı səviyyəsi 2 %-dən azdır".

Onun sözlərinə görə, bu fasilə qlobal xarakter daşıyır və mobil telefonlar, kompüterlərdən əlavə demək olar ki, bütün xidmətlərə, bütün rabitə növlərinə və həyat aspektlərinə təsir göstərib.

"Banklar və həyati əhəmiyyətli xidmət göstərən müəssisələr də təsirlənib, daxili kommunikasiyalar ciddi şəkildə məhdudlaşdırılıb, buna görə də insanlar xarici dünya ilə əlaqə saxlaya bilmirlər".

Son xəbərlər

Bütün Xəbər Lenti