Nazir: İranda ildə 20 min insan yol-nəqliyyat hadisələri nəticəsində ölür
- 02 sentyabr, 2025
- 11:07

İranda ildə 20 min insan yol-nəqliyyat hadisəsi nəticəsində ölür.
"Report" İSNA-ya istinadən xəbər verir ki, bunu İranın səhiyyə naziri Məhəmmədrza Zəfərqəndi bildirib.
İslam Respublikasında yol-nəqliyyat hadisələri nəticəsində baş verən illik ölüm halları, həmçinin hava çirklənməsindən danışan səhiyyə naziri deyib: "Ölkə əhalisinin gəncliyini və yetkinliyini qorumaq problemi milli qətiyyət, elmi proqram tələb edir".
Ölkə əhalisinin sayı ilə bağlı nazir bildirib ki, bütün qurumlar bu sahədə iştirak etməlidir: "Səhiyyə Nazirliyi yalnız ayrı-ayrı istiqamətləri təşviq edə bilər. Məsələn, Səhiyyə Nazirliyi sonsuzluğun müalicəsi, qanunsuz abortların qarşısının alınması və s. sahələrdə işləyə bilər".
Məhəmmədr6za Zəfərqəndi "Yol-nəqliyyat qəzalarına yox!" ümummilli kampaniyasından bəhs edərək deyib ki, ildə bu hadisələrdə təxminən 20 000 nəfər ölür: "Həlak olanların əksəriyyəti gənclərdir. Təbii ki, əhalinin gəncləşdirilməsi işində bu ölümlərin qarşısının alınması prioritetlərdən biri olmalıdır, həmçinin digər tədbirlər də görülməlidir".