NATO Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndə vəzifəsinə namizəd seçimini davam etdirir - EKSKLÜZİV

Region
  • 08 noyabr, 2025
  • 12:40
NATO Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndə vəzifəsinə namizəd seçimini davam etdirir - EKSKLÜZİV

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi vəzifəsi hazırda vakant qalır, bu vəzifəyə namizəd seçimi prosesi davam edir.

Bu barədə "Report"un Avropa bürosuna NATO rəsmisi bildirib.

"Cənubi Qafqaz qlobal təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edir və NATO bu regionun ölkələri, o cümlədən alyansın dəyərli tərəfdaşı olan Azərbaycanla uzunmüddətli tərəfdaşlıq əlaqələrinə malikdir", - o qeyd edib.

Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndə vəzifəsi 2004-cü ildə NATO-nun İstanbul sammitindən sonra təsis edilib. Nümayəndə strateji əhəmiyyətli regionlarda alyansın siyasətinin həyata keçirilməsinə, tərəfdaş ölkələrin - Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan hökumətləri ilə qarşılıqlı fəaliyyətə və əməkdaşlıq proqramlarının koordinasiyasına görə cavabdehdir.

Əvvəllər bu vəzifəni tutan Xavyer Kolomina 2024-cü ilin iyulunda NATO-nun Cənub Qonşuluğu üzrə xüsusi nümayəndəsi təyin edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti