Monteneqro Prezidenti Bakı və İrəvan arasında sülh sazişinin paraflanmasını alqışlayıb

Region
  • 02 oktyabr, 2025
  • 17:30
Monteneqro Prezidenti Bakı və İrəvan arasında sülh sazişinin paraflanmasını alqışlayıb

Monteneqro Prezidenti Yakov Milatoviç Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışlayır.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, bunu "Avropa Siyasi Birliyi"nin Danimarkada keçirilən 7-ci sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı bildirib.

Monteneqro başçısı əminliyini ifadə edib ki, sülh sazişinin paraflanması Cənubi Qafqaz regionunun inkişafı üçün geniş imkanlar açacaq.

Görüş zamanı tərəflər Ermənistan və Monteneqro arasında çoxşaxəli əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib, yüksək səviyyəli qarşılıqlı səfərlər çərçivəsində dialoqu davam etdirməklə bağlı razılığa gəliblər.

Son xəbərlər

Bütün Xəbər Lenti