Mixail Qorbaçov xəstəxanada karantindədir
Region
- 07 oktyabr, 2021
- 17:18
SSRİ-nin keçmiş və yeganə prezidenti Mixail Qorbaçov xəstəxanada karantindədir.
"Report" xəbər verir ki, bu barədə məlumatı Qorbaçov fondunun mətbuat xidməti yayıb.
"Koronavirusa yoluxmasa da, elə bir yaş dövründədir ki, pandemiya zamanı xəstəxanada olmalıdır. Onun artıq 90 yaşı olduğunu unutmamalıyıq, buna görə də bu cür tədbirlər görülüb", - məlumatda deyilir.
Qorbaçovun xəstəxanadan nə vaxt çıxacağı hələ məlum deyil, çünki koronavirusla bağlı vəziyyət hələ də sabit deyil.
Keçmiş prezident özünü normal hiss edir və daim işləyir.
Xatırladaq ki, Mixail Qorbaçov 1985-ci il martın 11-dən 1991-ci il avqustun 24-dək SSRİ-yə rəhbərlik edib.
Son xəbərlər
16:46
"Ordu" klubu italiyalı voleybolçu İvan Zaytsevi transfer edib
Komanda16:34
Sabah Abşeronun bir hissəsində qaz kəsiləcək
Energetika16:34
Paşinyan yaxın vaxtlarda Putinlə görüşmək planları barədə danışıb
Region16:27
Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsindən azad edilib
Sağlamlıq16:18
Paşinyan Putinlə sonuncu danışığından məmnundur
Region16:16
"ADY Mobile" istifadəçilərinin sayı 500 minə çatıb
İnfrastruktur16:12
Foto
İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
Xarici siyasət16:00
"SOCAR Polymer" 6 ayda ümumi dəyəri 128 milyon dollardan çox olan məhsul ixrac edib
Energetika16:00