Mirzoyan Kallasla regional kommunikasiya proqramlarının reallaşmasını müzakirə edib
Region
- 26 sentyabr, 2025
- 14:25
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla görüşüb.
"Report"un Ermənistan Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində baş tutub.
Müzakirələr zamanı tərəflər Ermənistan və Aİ arasında qarşılıqlı maraq sahələrinin geniş spektrini əhatə edən tərəfdaşlığın dinamik inkişafını qeyd ediblər.
Məlumata görə, A.Mirzoyan və K.Kallas regional sabitliyin möhkəmləndirilməsində və sülhün təmin edilməsində mühüm rol oynayan beynəlxalq kommunikasiya proqramlarının həyata keçirilməsinə dair məsələləri nəzərdən keçiriblər.
Son xəbərlər
12:27
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
Hadisə12:17
Azərbaycanda 5 ayda 4 min tondan çox çay istehsal edilib
Sənaye12:16
Tokio və Vaşinqton Yaponiya adalarının müdafiəsi üzrə birgə təlimlərə başlayıb
Digər ölkələr12:04
"Bizim Maqsud müəllim" tamaşası nümayiş etdirilib
Mədəniyyət siyasəti11:57
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək
Biznes11:53
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Sosial müdafiə11:49
Masazırda 4 yaşlı uşağı motosiklet vuraraq öldürüb
Hadisə11:39
Yevgeni Kukseviç: "Dünya çempionatının oyunları üçün düzgün hazırlıq keçməliyik"
Futbol11:30