Mirzoyan dekabrın 2-3-də Brüsselə səfər edəcək

Region
  • 01 dekabr, 2025
  • 15:34
Mirzoyan dekabrın 2-3-də Brüsselə səfər edəcək
Ararat Mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 2-3-də Brüsselə işgüzar səfər edəcək.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Dekabrın 2-də Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Ermənistan–Aİ Tərəfdaşlıq Şurasının altıncı iclası keçiriləcək. Müzakirələrin yekunu üzrə Ermənistanın xarici işlər naziri, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos birgə mətbuat konfransı keçirəcəklər", - məlumatda deyilir.

Dekabrın 3-də A.Mirzoyanın "Şərq tərəfdaşlığı" Vətəndaş Cəmiyyəti Forumunun ikinci sammitində çıxışı planlaşdırılır. Səfər çərçivəsində ikitərəfli görüşlər də nəzərdə tutulub.

Son xəbərlər

Bütün Xəbər Lenti