Mərkəzi Asiya və ABŞ biznes icmaları gələn ilin fevralında Bişkekdə görüşəcəklər

Region
  • 08 noyabr, 2025
  • 10:23
Mərkəzi Asiya və ABŞ biznes icmaları gələn ilin fevralında Bişkekdə görüşəcəklər

Bişkekdə 2026-cı il fevralın 4-6-da Mərkəzi Asiya və ABŞ biznes icmalarının iştirakı ilə B5+1 Forumu keçiriləcək.

"Report"un Qazaxıstan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Mərkəzi Asiya ölkələri və ABŞ hökumətləri arasında iqtisadi əməkdaşlıq haqqında niyyət bəyanatında deyilir. Bəyanatın mətni bu gün Qazaxıstan Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Brinci B5+1 forumu 2024-cü ilin mart ayında Almatıda keçirilib.

B5+1 təşəbbüsü hökumətlər və biznes icması arasında fəal əməkdaşlığı təmin etmək, habelə Mərkəzi Asiyada mühüm iqtisadi məsələlərin və onların həlli istiqamətində konkret addımların müzakirəsi üçün platformaya çevrilmək məqsədi daşıyırdı.

Son xəbərlər

Bütün Xəbər Lenti