MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin iclasları keçiriləcək

Region
  • 15 oktyabr, 2025
  • 12:53
MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin iclasları keçiriləcək

Səmərqənddə oktyabrın 16-17-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 57-ci və MDB dövlətlərinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 21-ci iclasları keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Özbəkistanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qarşıdan gələn forumların əsas məqsədi MDB məkanında təhlükəsizliyin təmin edilməsində əməkdaşlığın gücləndirilməsidir. Buraya beynəlxalq terrorçuluq və ekstremizmlə, transmilli mütəşəkkil cinayətkarlıqla, informasiya təhlükəsizliyinə qarşı təhdidlərlə və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə daxildir.

İştirakçılar aktual çağırışlar və fəaliyyətlərin koordinasiyası ilə bağlı geniş məsələləri nəzərdən keçirəcəklər. İclasların yekunları üzrə regional və qlobal təhlükəsizlik sahəsində gələcək qarşılıqlı əməkdaşlığın konkret məqsədləri və istiqamətləri müəyyən ediləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti