MDB Baş katibi Ermənistanın təşkilatdan çıxmasını istisna edib

Region
  • 29 sentyabr, 2025
  • 20:32
MDB Baş katibi Ermənistanın təşkilatdan çıxmasını istisna edib

MDB-nin Baş katibi Sergey Lebedev üzv dövlətlərin Birlik çərçivəsində fəaliyyətlərini məhdudlaşdırmaq istəmələri ilə bağlı heç bir narahatlıq olmadığını bəyan edib.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, o, Ermənistanın Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında distant iştirakını şərh edərkən belə deyib.

"Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan videofotmatda çıxış etdi, lakin tam işgüzar şəkildə danışdı. Ermənistan sənədlərin əksəriyyətini dəstəklədi. Dövlətlərdən hər hansı birinin MDB çərçivəsində fəaliyyətini məhdudlaşdırmaq istəməsinə dair şübhəmiz yoxdur", - Lebedev bildirib.

O, görüşdə MDB-nin doqquz dövlətinin yüksək səviyyədə iştirak etdiyini vurğulayıb. Bütün çıxış edənlər Birliyin qorunub saxlanmasının vacibliyini qeyd ediblər.

İclasda ölkələr arasında MDB-nin iqtisadi və humanitar sahədə əməkdaşlığının inkişafına dair sazişlər imzalanıb. S.Lebedev qeyd edib ki, bir neçə sənəd 2035-ci ilə qədər qüvvədədir.

Xatırladaq ki, bu ilin iyulunda Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına (Aİ) daxil olmağa can atdığını bəyan etmişdi. Avqustda isə o, Ermənistanın Aİ və Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlük arasında seçim edəcəyinə aydınlıq gətirmişdi.

Son xəbərlər

Bütün Xəbər Lenti