Marta Kos: ABŞ ilə Aİ-nin TRIPP-də iştirakının mümkünlüyü ilə bağlı danışıqlar aparılır

Region
  • 02 dekabr, 2025
  • 11:21
Marta Kos: ABŞ ilə Aİ-nin TRIPP-də iştirakının mümkünlüyü ilə bağlı danışıqlar aparılır

Avropa İttifaqı (Aİ) ABŞ ilə "Tramp Marşrutu" (TRIPP) layihəsində qurumun iştirakının mümkünlüyü ilə bağlı danışıqlar aparır.

"Report" xəbər verir ki, bunu Aİ-nin genişlənmə məsələləri üzrə ali komissarı Marta Kos deyib.

"Bu, 42 kilometrlik yoldur. Bizim üçün çox vacibdir ki, gördüyümüz iş təkcə bu 42 kilometrlik hissəni deyil, həm də şərqə və qərbə doğru bütün istiqamətləri əhatə etsin və bütün bunlar eyni vaxtda baş versin", - o bildirib.

M.Kos qeyd edib ki, Ermənistan tərəfi bu hərtərəfli qarşılıqlı əlaqəliliyin təmin edilməsi baxımından Ermənistan üçün prioritetlərin siyahısını təqdim etməlidir.

"Bizim də öz ideyalarımız var. Biz bu məsələləri Türkiyə və Azərbaycanla müzakirə edirik. Ona görə də bunu hissə-hissə etməyimizin mənası yoxdur. Lakin bu baxımdan Birləşmiş Ştatların əməkdaşlığı və ya iştirakı sadəcə 42 kilometrlik dəmir yolunun tikintisindən daha vacibdir", - M.Kos vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti