Macarıstan XİN başçısı Gürcüstanın hakim partiyasını təbrik edib

Region
  • 05 oktyabr, 2025
  • 02:21
Macarıstan XİN başçısı Gürcüstanın hakim partiyasını təbrik edib

Macarıstanın xarici işlər naziri Peter Siyarto Gürcüstanda yerli hakimiyyət orqanlarına keçirilən seçkilərdə qalib gələn "Gürcü arzusu" Partiyasını və paytaxt meri Kaxa Kaladzeni təbrik edib.

"Report"un yerli bürosu xəbər verir ki, Siyarto bununla bağlı sosial media hesabında paylaşım edib.

"Gürcüstandakı müttəfiqlərimiz inamlı qələbə qazandılar. Vətənpərvər dostlarımız olan "Gürcü arzusu" Partiyası yerli seçkilərdə böyük fərqlə birinci yeri tutdu. Kaxa Kaladzeni yenidən Tbilisi meri seçildiyi üçün təbrik edirəm", - Macarıstan XİN başçısı bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti