Macarıstan Baş naziri Tbilisidə səfərdədir
Region
- 28 oktyabr, 2024
- 16:43
Macarıstanın Baş naziri Viktor Orban Gürcüstanda rəsmi səfərdədir.
“Report” xəbər verir ki, Macarıstan hökumətinin başçısının Tbilisi Beynəlxalq Hava Limanına gəlişini əks etdirən görüntüləri “İmedi” telekanalı canlı yayımlayıb.
Məlumata görə, Orban Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüş keçirəcək. Həmçinin geniş tərkibdə görüşlər də nəzərdə tutulub. Macarıstanın nümayəndə heyətinə o cümlədən ölkənin xarici işlər naziri Peter Siyarto, iqtisadi inkişaf naziri Marton Nad, maliyyə naziri Mihay Varqa, dövlət katibi Yanoş Nad və digər rəsmi şəxslər daxildir.
Qeyd olunur ki, Macarıstan Baş nazirinin səfəri iki gün davam edəcək.
Son xəbərlər
11:55
Kevin Hamilton: Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır
Xarici siyasət11:47
AQEM-in məqsədlərinin irəli aparılmasında Azərbaycanın sədrliyi yüksək qiymətləndirilib
Daxili siyasət11:46
Balakən-Şəki zonasında leysan yağır - FAKTİKİ HAVA
Ekologiya11:46
IsDB Özbəkistana "yaşıl sukuk"la bağlı tənzimləmə bazasının hazırlanmasında kömək edir
Maliyyə11:32
Bakı sakini: Ailəmlə birlikdə hərbi yürüşü sona qədər izlədik
Hərbi11:31
ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino: "Bizi təbrik etməməyiniz kədərlidir"
Futbol11:31
Dunkan Norman: Britaniya Azərbaycanla müdafiə sahəsində tərəfdaşlığı gücləndirmək niyyətindədir
Xarici siyasət11:28
Foto
Video
Bakıda hərbi orkestrlərin müşayiəti ilə keçirilən yürüşlər başa çatıb - YENİLƏNİB
Hərbi11:24