Kreml Rusiya-ABŞ sammitinin baş tutmayacağı iddialarını təkzib edib
Region
- 24 oktyabr, 2025
- 14:31
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampın Budapeştdə keçirilməsi planlaşdırılan sammitinin pozulması ilə bağlı iddiaları rədd edib.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
"Sammitin dəqiq keçirilmə tərixini heç kim söyləməyib. Bu barədə heç kim razılaşmayıb. Bu baxımdan, konkret razılaşma olmayan bir şeyi pozmaq çox çətindir", - o qeyd edib.
D.Peskov, həmçinin xatırladıb ki, Tramp və Putin vaxtı boş yerə itirmək istəmədiklərini bəyan ediblər:
"Onlar sadəcə görüşmək naminə toplaşmaq istəmirlər".
Eyni zamanda o qeyd edib ki, Putin və Tramp gələcəkdə bu sammitinin keçirilməsi ehtimalını istisna etmirlər.
Son xəbərlər
17:16
Kuba sahillərində 5,5 maqnitudada zəlzələ olub
Digər ölkələr17:10
"Abşeron Lions"un baş məşqçisi: "Şəki" ilə matçda yerli oyunçulara da üstünlük verdik"
Komanda16:55
İtaliyada qar uçqunu nəticəsində üç xizəkçi həlak olub
Digər ölkələr16:45
Foto
17 yaşadək cüdoçular arasında "İstedadların seçimi" turnirinin I turu başa çatıb
Fərdi16:36
Gənc boksçular arasında Azərbaycan çempionatı keçiriləcək
Fərdi16:35
Türkiyə XİN Sudana başsağlığı verib
Region16:17
Ceyhun Bayramov Hakan Fidanla ikitərəfli və regional məsələləri müzakirə edib
Xarici siyasət16:02
Sudanda köçkünləri daşıyan avtomobilə PUA hücumu nəticəsində 24 nəfər ölüb
Digər ölkələr16:01