İzmirdə 32 qanunsuz miqrant saxlanılıb

Region
  • 21 iyul, 2026
  • 22:30
İzmirdə 32 qanunsuz miqrant saxlanılıb

Türkiyənin İzmir vilayətinin Seferihisar rayonu sahillərində 32 qeyri-qanuni miqrant saxlanılıb.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Məlumata görə, sahil mühafizəsinin əməkdaşları qeyri-qanuni miqrantların olduğu qayığı saxlayıblar.

"Qayıqda olan 32 nəfər qeyri-qanuni miqrant saxlanılıb. Onlar Miqrasiya İdarəsinə göndəriliblər".