İranın HDQ komandanı: Dəniz təhlükəsizliyində əsas oyunçulardan birinə çevrilmişik

Region
  • 21 dekabr, 2025
  • 21:18
İranın HDQ komandanı: Dəniz təhlükəsizliyində əsas oyunçulardan birinə çevrilmişik

İran regionda və həmçinin onun xaricində dəniz təhlükəsizliyində əsas oyunçulardan birinə çevrilib.

"Report"un "Mehr" Xəbər Agentliyinə istinadən məlumatına görə, bunu İranın Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şəhram İrani deyib.

Onun sözlərinə görə, İranın 103 və 104-cü eskadraları xarici missiyalarını yerinə yetirmək üçün Cənubi Afrikaya doğru irəliləyirlər. Şəhram İrani bildirib ki, məqsəd ticarət gəmilərini müşayiət etməkdir.

"Seyid Əli Xameneinin tövsiyyəsi ilə İranın HDQ-si BRICS birgə təlimində də iştirak edəcək" , - İrani bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti