İranda neft-kimya zavodundakı yanğın lokallaşdırılıb - YENİLƏNİB-2

Region
  • 06 aprel, 2026
  • 17:56
İranda neft-kimya zavodundakı yanğın lokallaşdırılıb - YENİLƏNİB-2

İranın Əsəluyə şəhərindəki "Cənubi Pars" neft-kimya zavodunda baş verən yanğın lokallaşdırılıb.

"Report"un məlumatına görə, bu barədə "Fars News" agentliyi xəbər verir.

Təmir briqadaları obyektə dəyən ziyanın miqyasını qiymətləndirir.

Daha əvvəl İsrailin müdafiə naziri İsrael Kats bəyan etmişdi ki, İsrail Müdafiə Qüvvələri İranın ən böyük neft-kimya zavodunu sıradan çıxarıb.

İranın cənubundakı hücum Əsəluyə bölgəsindəki bütün neft-kimya müəssisələrində elektrik enerjisinin kəsilməsinə səbəb olub.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"Əsəluyənin neft-kimya müəssisələrini elektrik enerjisi, su və oksigenlə təmin edən "Mobin" və "Damavand" şirkətləri hücuma məruz qalıb, buna görə də həmin şirkətlərin fəaliyyəti bərpa olunana qədər Əsəluyənin bütün neft-kimya müəssisələri elektrik enerjisiz qalacaq", - agentlik bildirib.

İranın cənubunda Əsəluyə neft-kimya müəssisələri bölgəsində bir neçə partlayış baş verib.

İran mətbuatı İranın Əsəluyə şəhərindəki "Cənubi Pars" neft-kimya kompleksində partlayışlar barədə məlumat verib.

"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın "Fars" informasiya agentliyinə istinadən məlumat yayıb.

"Bir neçə dəqiqə əvvəl Əsəluyədəki "Cənubi Pars" neft-kimya kompleksi istiqamətində bir neçə partlayış səsi eşidilib", - məlumatda deyilir.