İranda fabrikdə baş verən partlayış nəticəsində 9 nəfər həlak olub
Region
- 15 dekabr, 2025
- 21:21
İranın İsfahan əyalətində fabriklərin birində baş verən partlayış nəticəsində doqquz nəfər həlak olub.
"Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə əyalətin fövqəladə hallar idarəsinin rəhbəri Mənsur Şişaforuş bildirib.
O deyib ki, yanğın Barhur şəhərindəki Dövlətabad Sənaye Parkında yerləşən elektronika istehsalı fabrikində qeydə alınıb.
Şişaforuş vurğulayıb ki, hadisə nəticəsində sənaye zavodunda doqquz işçi qaz zəhərlənməsindən ölüb və xilasetmə işləri uğursuz olub.
1 700 hektarlıq ərazini əhatə edən Dövlətabad Sənaye Parkı İsfahanın şimalında yerləşir və ölkənin ən böyük sənaye parklarından biridir.
Son xəbərlər
15:12
Spiker: Azərbaycanın rəqəmsal transformasiyasını dəstəkləmək məqsədilə yeni qanunlar qəbul edilir
Daxili siyasət15:09
Foto
Fərhad Abdullayev Latviyanın Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
Xarici siyasət15:09
Azərbaycanda depozit hərraclarının keçirilməsi bərpa olunub
Maliyyə15:07
İbrahim Janlıel: "AZAL ilə tərəfdaşlıq və Bakı vasitəsilə tranzitin artırılması potensialını qiymətləndiririk" - MÜSAHİBƏ
İnfrastruktur15:06
Qolf üzrə Azərbaycan millisinin baş məşqçisi: "Fransadakı turnir bizim üçün böyük təcrübə oldu"
Fərdi15:02
Foto
Naxçıvanda avtobus yanıb
Hadisə14:29
Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir - RƏSMİ
Sağlamlıq14:24
"Şəfa" fransalı futbolçu Musa Quelini heyətinə cəlb edib
Futbol14:23