İranda 20 min nəfər susuz qalıb
Region
- 10 iyun, 2026
- 12:24
İranın Hörmözqan əyalətinin 20 minə yaxın sakini ABŞ-nin su infrastrukturu obyektlərinə endirdiyi zərbələrdən sonra susuz qalıb.
"Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə əyalətin su təchizatı və kanalizasiya şirkətinin baş direktoru Əbdülhəmid Həmzəpur bildirib.
Onun sözlərinə görə, bir neçə saat əvvəl ABŞ-nin endirdiyi raket zərbəsi nəticəsində Bemani rayonunda iki strateji əhəmiyyətli su anbarı tamamilə məhv edilib.
Söhbət Bemani rayonunu və Kohestak şəhərini içməli su ilə təmin edən 500 və 2000 kubmetrlik rezervuarlardan gedir.
Həmzəpur qeyd edib ki, hazırda yaşayış məntəqələrinə suyun verilişi dayandırılıb, alternativ su təchizatı variantları nəzərdən keçirilir.
Son xəbərlər
14:40
Azərbaycan alüminium ixracını 15 %-ə yaxın artırıb
Biznes14:38
UEFA Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri müəyyənləşib
Futbol14:31
Lerik sakini bədbəxt hadisə nəticəsində ölüb
Hadisə14:29
Laçında 90-a yaxın şəxs özünüməşğulluq proqramına cəlb edilib
Sosial müdafiə14:27
Mərdəkanda dənizdə batan gəncin meyiti tapılıb
Hadisə14:15
"LANDAU Lions" Nicat Məmmədli ilə müqavilə müddətini uzadıb
Komanda14:07
Avqustda orta aylıq temperatur yüksək olacaq - AYLIQ PROQNOZ
Ekologiya14:01
"Kredit Servis" BOKT nizamnamə kapitalını azaldıb
Maliyyə14:01