İran xarici şirkətlərin peyvəndlərinin ölkə sakinləri üzərində test edilməsini qadağan etdi
Region
- 09 yanvar, 2021
- 12:50
Xarici şirkətlər artıq koronavirusa qarşı peyvəndlərini İran vətəndaşları üzərində test edə bilməyəcəklər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani bildirib.
“Xarici şirkətlər İran xalqı üzərində test etmək üçün bizə peyvənd vermək istəyirdi. Ancaq ölkənin Səhiyyə Nazirliyi bunun qarşısını aldı. İnsanlarımız peyvənd istehsal edən şirkətlər üçün test cihazı olmayacaqlar”, - “Reuters” Ruhanidən sitat gətirib.
Agentlik prezidentin peyvəndləri qadağan olunan şirkətlərin adını çəkmədiyini də əlavə edib.
Xatırladaq ki, daha əvvəl İranın ali rəhbəri ayətullah Əli Xamenei ABŞ və Böyük Britaniya vaksinlərinin ölkəyə idxalına qadağa qoyulduğunu elan edib.
Son xəbərlər
09:44
Əfqanıstanda zəlzələ nəticəsində 300-ə yaxın insan yaralanıb - YENİLƏNİB-3
Digər ölkələr09:33
İkiqat olimpiya çempionu Antarktidada qaçmağı planlaşdırır
Fərdi09:28
Oğurladığı pulla xarici ölkələrə istirahətə gedən şəxs həbs edilib
Hadisə09:19
FHN: Ötən həftə 192 yanğına çıxış olub, 7 nəfərin meyiti aşkarlanıb
Hadisə09:17
Hindistanda baş verən yol qəzasında azı 24 nəfər ölüb
Digər ölkələr09:16
İtaliya klubu "Mançester Yunayted"in futbolçusunu transfer etmək istəyir
Futbol09:13
BDYPİ: Yağışlı və dumanlı hava şəraiti yollarda sürücülərdən daha çox diqqət və məsuliyyət tələb edilir
Hadisə09:07
NİİM hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Hadisə09:07