İran və Çinin XİN başçıları arasında telefon danışığı baş tutub

Region
  • 15 aprel, 2026
  • 19:36
İran və Çinin XİN başçıları arasında telefon danışığı baş tutub

İranın xarici işlər naziri Abbas Əraqçi çinli həmkarı Van İ ilə telefon danışığı aparıb.

"Report" xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb.

"Telefon danışığında son regional və beynəlxalq hadisələr müzakirə olunub", - Əraqçi qeyd edib.

O bildirib ki, söhbət zamanı ABŞ ilə İran arasında İslamabadda baş tutan danışıqlara da toxunulub.