İran uranın zənginləşdirilməsi prosesini dayandırıb
Region
- 22 iyul, 2025
- 00:48
ABŞ-nin nüvə obyektlərinə zərbə endirməsindən sonra İranda uranın zənginləşdirilməsi hələ həyata keçirilməyib, lakin Tehran bunu milli qürur məsələsi hesab edərək bu prosesdən əl çəkmək niyyətində deyil.
“Report” xəbər verir ki, bu mövqeyi İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
O, Fox News kanalına müsahibəsində bildirib: “Hazırda o, dayandırılıb, çünki ciddi ziyan dəyib. Eyni zamanda, təbii ki, biz zənginləşmədən əl çəkmək fikrində deyilik, çünki bu, alimlərimizin nailiyyətidir, üstəlik, indi bu, milli qürur məsələsidir”.
Nazir əlavə edib ki, hazırda İranın Atom Enerjisi Təşkilatı nüvə obyektlərinə dəyən zərərin həcmini və zənginləşdirilmiş uran ehtiyatlarının vəziyyətini qiymətləndirir.
Son xəbərlər
17:40
ABDF sahibkarlara 136,5 milyon manat həcmində güzəştli kredit verib
Biznes17:35
Qırğızıstanda psixotrop maddələri ölkəyə keçirməyə cəhd edən 14 əcnəbi saxlanılıb
Region17:24
"Arsenal" "Lids"dən ayrılan qapıçı İllan Melyeni heyətinə qatdığını açıqlayıb
Futbol17:23
Bu ilin beş ayında Azərbaycanda qızılca və suçiçəyinə yoluxmada artım müşahidə olunub
Sağlamlıq17:16
Foto
Azərbaycan və Gürcüstan mədəniyyət sahəsində bir sıra istiqamətdə əməkdaşlıq edəcək
Mədəniyyət siyasəti17:14
Azərbaycan iki ölkədən kondisioner tədarükü bərpa edib
Biznes17:13
Süni intellekt üçün internet "Bakcell"dən
İKT17:07
ABŞ HHQ-nin "F-16" qırıcısı Yunanıstanın Zakintos hava limanında qəza enişi edib
Digər ölkələr16:54